“Mən döyüşlərdə deyiləm!” – İlkin Əhmədovbackend

“Mən döyüşlərdə deyiləm!” – İlkin Əhmədov

Cəbhədə döyüşlərdə olduğu deyilən əməkdar artist, xanəndə İlkin Əhmədovdan xəbər var.

Hokm.az big.az-a istinadla xəbər veriri ki, sənətçi “İnstagram” səhifəsində maraqlı açıqlama verir.

Həmin açıqlamanı təqdim edirik.

“Əzizlərim, mən artıq 5 gündür ki, sosial şəbəkələrdən istifadə edə bilmirdim. Buradan sözüm bəzi saytlaradır!Dəqiq bilmədiyiniz informasiyanı nə mənim haqqımda, nə də mövcud vəziyyətlə bağlı qətiyyən verməyin!

Mən könüllü olaraq qeydiyyatdan keçmişəm. Ancaq sözügedən bölgədə və yaxud başqa döyüş gedən bölgələrdə döyüşlərdə deyiləm.

Bir daha saytlarımızdan xahiş edirəm ki, bölgə, ərazi adları çəkməyin!

Ümumiyyətlə Müdafiə Nazirliyinin tez-tez və dəqiq verdiyi xəbərləri gözləyin.

Qələbə Azərbaycanındır!

Yaşasın şanlı və qüdrətli ordumuz! “

  •  (1)
  •  (0)