“Mən çox üzgün və məyyusam ki, bu gün yanınızda deyiləm… “backend

“Mən çox üzgün və məyyusam ki, bu gün yanınızda deyiləm… “

Hokm.az “Palmali Group”un Mətbuat xidmətinin rəhbəri Fidan Quliyev tərəfindən paylaşılan Mübariz Mənsimovun ailəsi ilə bağlı paylaşımı sizlərə çatdırırıq.
Mən çox üzgün və məyyusam ki, bu gün yanınızda deyiləm…
” Mübariz Mənsimov anasını təbrik edə bilmədi. Nə özü gəldi, nə də anasına hədiyyəsini verə bildi.. Hər il bu gün, təlimat alırdıq. Deyirdi ki, mən bacarmıram, siz gedin anama hədiyyə alın. Zümrüd ana hədiyyə sevəndi, ələlxüsus da oğlundan gələn hədiyyələri lap sevir. “Oğlum alıb” deyib durur, fəxr edir, gözləri parıldayırdı. Amma… Amma bu gün o qaça-qaç, həyəcanla dolu o gözəl anları yaşaya bilmədik. Bu gün Zümrüd ana ad gününü Mübarizsiz qeyd edir. Qapının hər səsinə boylanır ki, bəlkə oğlumdur?! Bilirəm ki, Mübariz bəy anasından da, atasından da narahatdır. Ata-anasının ondan narahat olması onu daha da kədərləndirir. Bizi isə peşman.. Nə deyək Zümrüd anaya? Necə yanına gedib təbrik edək? Birdən soruşsa ki, Mübariz hardadı, nə cavab verəcəyik? Bilmirəm…

Hokm.az

  •  (1)
  •  (2)