Məmmədyarov laqeydlikdən gileyləndi: “Təbrik almamağıma baxmayaraq…”backend

Məmmədyarov laqeydlikdən gileyləndi: “Təbrik almamağıma baxmayaraq…”

“Bu mənim üçün qazandığım ən güclü turnir idi. Yarışda “Top-10”luqdan 7 şahmatçı iştirak edirdi”. 
 
Hokm.az xəbər verir ki, bu fikirlər azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarova məxsusdur. 36 yaşlı şahmatçı “2021 Superbet Chess Classic” turnirinin qalibi olması ilə bağlı feysbuk səhifəsində paylaşım edib. O bildirib ki, indiyədək heç bir həmyerlimiz belə yarışı qazanmayıb: “Bu zamana qədər Azərbaycan şahmat tarixində bu kimi dairəvi turnirin qalibi olmayıb. Məni turnir ərəfəsində və sonra dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm”.
Məmmədyarov rəsmi qurumlardan təbrik almadığını da qeyd edib: “Ümid edirəm ki, təbrik almamağıma baxmayaraq, bu qələbəmə bizim (şahmat, idman) aidiyyatı qurumlar da sevinir”.
Şəhriyar 9 turdan 6 xal toplamaqla birinci olub.Sport7.az
  •  (0)
  •  (0)