Məmməd Cəfərov vəfat edibbackend

Məmməd Cəfərov vəfat edib

Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü Məmməd Cəfərov vəfat edib.

Hokm.az-ın məlumatına görə, MTRŞ-nin Aparat rəhbəri Fazil Novruzov bildirib ki, 62 yaşlı M.Cəfərov gecə saatlarında ürəktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, Məmməd Hüseyn oğlu Cəfərov 1959-cu ildə Şərur rayonunda anadan olub. O, 2005-ci ildən MTRŞ-nin üzvü idi.

Xatırladaq ki, daha əvvəl bu ilin yanvar ayında MTRŞ-nin daha bir üzvü Elyazov Mübariz Elyaz oğlu COVID-19-dan vəfat edib. //Report

  •  (0)
  •  (0)