Mələkxanımdan həyat yoldaşının təqaüdə göndərilməsinə REAKSİYAbackend

Mələkxanımdan həyat yoldaşının təqaüdə göndərilməsinə REAKSİYA

Xalq artisti Mələkxanım Əyyubovanın həyat yoldaşı, polis polkovniki Xosrov Nəcəfov vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.

Hokm.az xəbər verir ki, Mələkxanım Əyyubova Teleqraf.com-a açıqlamasında həyat yoldaşının təqaüdə göndərilməsinə münasibət bildirib:

“Polis sistemində yaş həddi 55-ə qədərdir. Həyat yoldaşım yüksək vəzifədə çalışdığına görə ona beş il də artıq etimad göstərdilər. İndi qanuna əsasən təqaüdə çıxdı”.

Xalq artisti həyat yoldaşının başqa vəzifəyə getməsi haqqında suala cavabda deyib: “Yenidən vəzifəyə getməsi Allahın qismətidir. Onu bilmək olmaz”.

Qeyd edək ki, ilk məlumatı Unikal.org saytı yayıb.

Məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının xidmət üzrə komandir müavini, polis polkovniki Xosrov Nəcəfov vəzifəsindən azad olunub.

  •  (0)
  •  (0)