Mələklərin olduğu evdə yaşadığını iddia edən şəxs görün nə tapdı: “Mənə gizli mesajlar verir” – VİDEO (FOTOLAR)backend

Mələklərin olduğu evdə yaşadığını iddia edən şəxs görün nə tapdı: “Mənə gizli mesajlar verir” – VİDEO (FOTOLAR)

Təsadüfi yanıb-sönən işıqlar və qəribə təsadüflər bir insanın evinin içərisində gizlənmiş mədən xəritəsi tapmasına səbəb olub.

Hokm.az MediaBaku.az-a istinadən xəbər verir ki, İngiltərənin Camborne şəhərində yaşayan Kornişman Rupert Ellis, aldığı evin içərisində bölgənin yerli tarixi ilə əlaqəli əhəmiyyətli məlumatları olan bir mini kassa aşkarlayıb.

Bir neçə il əvvəl köçdüyü evdə həmişə dəhşətli hadisələr yaşayan adam, evdə fövqəladə bir şey olduğunu söyləyərək, “axtardığımı tapmaq üçün bir həftə divarları döydüm”, – deyə o, bildirib.

O vurğulayıb ki, mənə elə gəlir evi seçməmişəm, bu ev üçün seçilmişəm: “Bu biraz dəli, amma evin mələklər ilə dolu olduğuna şübhə etmirəm. Bu evdə bölgənin tarixi ilə bağlı mühüm sənədlər və madən xəritələri var”

ÖZÜMÜ QONAQLIQDA HİSS EDİRƏM

Təxminən dörd ay əvvəl işıqların daim yanıb-söndüyünü bildirən kişi, hər gecə eyni vaxtda eşitdiyi səslərlə oyandığını deyib. Evinə qonaq olaraq gələn bir dostunun ayaq səslərini eşitdiyini söyləyən Ellis, “Yaşadığım şeylərdən qorxmuram, qonaqlıqda olduğumu hiss edirəm”, – deyə evdə nələrin yaşadığını öyrənməyə çalışdığını qeyd edib.

ASMAQ İSTƏDİYİ POSTER SEYF İLƏ EYNİ ÖLÇÜDƏYMİŞ.

Evinin divarına təşkil etdiyi bir tədbirin afişasını asmaq istəyən Ellis, divarda bir qəribəlik olduğunu və divarı bir bel ilə qazdığını etiraf edib. Bunun təsadüf olmadığını qeyd edərək, “Bu çox qəribədir, çünki poster tam olaraq qapının mövqeyində idi və təxminən bir il yarım orada qalmışdı. Ev mənə belə gizli mesajlar verir”, – deyə Ellis sözlərini tamamlayıb.

  •  (0)
  •  (0)