Məktəblərin açılması TƏXİRƏ SALINDI – Acarıstandabackend

Məktəblərin açılması TƏXİRƏ SALINDI – Acarıstanda

Gürcüstanın Acarıstan Muxtar Respublikasında epidemioloji vəziyyət nəzərə alınmaqla yeni dəsr ilinin başlaması oktyabrın 1-dək təxirə salınıb.

Hokm.az “Report”a istinadən xəbər verir ki, bunu Acarıstanın hökumət başçısı Tornike Rijvadze bildirib.

O, sabahdan etibarən bölgədəki bütün təhsil müəssisələrində dərslərin distant formada keçiriləcəyini deyib.

Qeyd edək ki, bundan öncə Gürcüstan hökuməti Tbilisi, Rustavi, Kutaisi, Zuqdidi, Qori və Poti şəhərlərində yeni dərs ilinin oktyabrın 1-də başlaması barədə qərar qəbul edib.

  •  (0)
  •  (0)