“Məktəblərdə karantin deyil, tətil elan edilib” – Emin Əmrullayevbackend

“Məktəblərdə karantin deyil, tətil elan edilib” – Emin Əmrullayev

Məktəblərdə karantin deyil, tətil elan edilib. Bu, o deməkdir ki, məktəb şagirdləri üçün bu və digər qaydada dərs keçirilmir.

Hokm.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, noyabrda bir həftə tətil var idi: “Biz bu tətili digər tətil günləri ilə əvəzləşdirə biləcəyik”.

Nazir bildirib ki, məktəblərin özlərində kütləvi yoluxma halına rast gəlinməyib. Onun sözlərinə görə, bu gün elan edilən tətildə tədris müddəti qısaldılmır:

“Bu tətil tədris ilinin azalmasına və şagirdlərin daha az müddətdə təhsil almasına səbəb olmayacaq. Şagirdlər bu gün olmayan təhsili qarşıdakı vaxtda alacaqlar”.

  •  (2)
  •  (1)