Məktəbdə halı pisləşən 8-ci sinif şagirdi öldübackend

Məktəbdə halı pisləşən 8-ci sinif şagirdi öldü

Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib.

Hokm.az xəbər verir ki, Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib. Xaçmaz Təhsil Şöbəsindən verilən məlumata görə, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir (apa).

  •  (0)
  •  (0)