Məktəb və universitetlər bağlana bilər – AÇIQLAMAbackend

Məktəb və universitetlər bağlana bilər – AÇIQLAMA

Azərbaycanda koronavirusdan yoluxanların sayı günü-gündən artır. Təəssüf ki, bu dalğada azyaşlı məktəblilər arasında da xeyli sayda yoluxanlar var. Bəs görəsən, belə bir situasiyada Nazirlər kabineti yanında Operativ Qərargah hansı qərarları verməldir? Məktəb və universitetlər bağlanmalıdırmı?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını cavablandıran tibb üzrə ekspet, professor Adil Qeybulla bildirib ki, yoluxma statistikasındakı artım narahatlıq yaradır:

“Gürcüstan və digər ölkələrdə beşinci dalğanın başladığı rəsmi olaraq elan edilib. Rusiya, Türkiyə, İran kimi qonşu ölkələrdə də vəziyyət narahatedicidir. Bütün dünyada yoluxanların sayında artım tendensiyası var. Yoluxanların sayının artması ilə bağlı ölkəmizdə də hissə-hissə müəyyən tədbirlər görülür”.

Ekspert bildirib ki, əyani tədris sisteminə keçid edildikdən sonra məktəblərdə yoluxma sayı artır:

“Ali və orta məktəblərdə qruplar, siniflər hissə-hissə bağlanır. Bu istiqamətdə işlər gedir. Tələbə və şagirdlər arasında olan təmas yoluxma sayına ciddi təsir etdi. Qapalı auditoriyada bəziləri karantin qaydalarına əməl etmir. Sosial məsafə ümumiyyətlə gözlənilmir. Bütün bunlar yoluxanların sayını günü-gündən artırır. Yəqin ki, artım tendenisyası sürətlənərsə, məktəb və universitetlər bağlana bilər. Hələlik koronavirus aşkar edilən sinif və qruplar bağlanır. Təhsilin bütövlükdə distant formaya keçməsi karantin qaydalarının sərtləşməsi deməkdir. Bu da epidemiolji vəziyyətdən birbaşa asılı olacaq”.

  •  (0)
  •  (0)