Məktəb direktorunun kitab yandırmasına münasibət – RƏSMİbackend

Məktəb direktorunun kitab yandırmasına münasibət – RƏSMİ

Şəki şəhər Təhsil Şöbəsi ötən gün sosial şəbəkələrdə rayonun Daşüz kənd tam orta məktəbinin şagirdlərinə paylanılan bədii kitabların direktor tərəfindən yandırılmasına münasibət bildirib.

Hokm.az-ın Pravda.az-a istinadən xəbərinə görə, kitabların yandırılması ilə bağlı əsassız məlumatlar yayılıb. Dekabrın 26-da bir qrup şəxs məktəbin ərazisindən kənarda şagirdlərə kitablar təklif edib. Onlardan bəziləri kitabları qəbul edib, digərləri isə həmin kitabları almaqdan imtina edib.

 

Qeyd edək ki, bu kitablar arasında Kristin Hannahın türk dilində “Bin ömrüm olsa” adlı romanı, Viktor Hüqonun “Kozetta” əsəri, Kahraman Tazeoğlunun ”Bambaşqa” romanı və s. kitablar olub.

 

Xatırlatma: Sosial şəbəkədə yayılan məlumata görə, Şəki rayonu Daşüz kənd tam orta məktəbin direktoru Anjilixa Əmirseyidova şagirdlərə paylanan bədii kitabları yandırıb.

  •  (0)
  •  (0)