Meksikada gizli məzardan 65 cəsəd tapıldıbackend

Meksikada gizli məzardan 65 cəsəd tapıldı

Meksikanın Verakruz əyalətinin Alvarado şəhərində gizli bir məzardan 65 cəsəd tapılıb.

Hokm.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, cəsədi tapılanların 9-10 il əvvəl qətlə yetirildiyi ehtimal olunur.

Ehtimala görə, bu, kriminal qruplaşamalar arasında baş verən toqquşmanın nəticəsidir. Onların üzərindən şəxsi əşyalar, bank kartları və şəxsiyyətini təsdiq edənlər sənədlər çıxıb.

Meksika Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Verakruzla yanaşı, Sinaloa, Kolima, Querrero və Sonora əyalətləri ən çox gizli məzarların aşkarlandığı yerlərdir. Hazırda Meksikada 94 500 nəfər itkin axtarılır.

  •  (0)
  •  (0)