Mehriban Əliyevanın təşəbbüsü ilə növbəti amnistiya olacaqbackend

Mehriban Əliyevanın təşəbbüsü ilə növbəti amnistiya olacaq

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktının qəbul olunacağı gözlənilir.

Hokm.az-ın məlumatına görə, amnistiya aktının 8 Noyabr Zəfər günü ərəfəsində qəbul ediləcəyi bildirilir. Bu nəcib təşəbbüsün 10 mindən çox şəxsə şamil olunacağı gözlənilir. Onlardan 1500-ə yaxın məhbusun isə azadlığa çıxması mümkün olacaq.

Xatırladaq ki, ölkədə sonuncu dəfə amnistiya aktı 2016-cı ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika günü münasibətilə verilib. Həmin Amnistiya aktı 10 min şəxsi əhatə edib.unikal.org

  •  (0)
  •  (0)