Mehman Ağayev vəfat etdibackend

Mehman Ağayev vəfat etdi

Azərbaycan Tibb Universitetinin Terapevtik və pediatrik propedevtika kafedrasının professoru, Tədris Terapevtik Klinikasının Efferent Terapiya Mərkəzinin müdiri Mehman Ağayev vəfat edib.

Hokm.az xəbər verir ki, o, 75 yaşında dünyasını dəyişib.

Mehman Məmmədrəhim oğlu Ağayev 31 avqust 1946-cı ildə anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakultəsini bitirib.

O, 2010-cu ildə “Əməkdar həkim” fəxri adına layiq görülüb. M.Ağayev 262-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanin, 2 elmi-tədris filmin, 1 ixtiranın müəllifidir. Pravda.az

  •  (0)
  •  (0)