Məhkəmədən Trampa yeni cəza: Hər gün 10 min dollar cərimə ödəyəcəkbackend

Məhkəmədən Trampa yeni cəza: Hər gün 10 min dollar cərimə ödəyəcək

Tramp məhkəmə tələbinə əməl etmədiyi təqdirdə gündə 10 min dollar cərimə ödəyəcək.

Hokm.az xəbər verir ki, prezidentliyi dövründə gözlənilməz çıxışları ilə gündəmdən düşməyən Donald Tramp ABŞ prezidenti olmasa da gündəmdəki yerini qorumağa davam edir. Manhetten Ali Məhkəməsinin tələbini yerinə yetirməyən Trampın cərimələnməsinə qərar verilib.

Belə ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp məhkəmə çağırışına ifadə verməyə gəlmədiyi hər gün üçün 10 min dollar cərimə ödəyəcək.

Manhetten Ali Məhkəməsinin hakimi Artur Enqoron Nyu-Yorkun baş prokuroru Letitia James tərəfindən tələb olunan sənədləri təhvil vermədiyi üçün Trampın hərəkətini sözə baxmamaq kimi hesab edib və məhkəməyə cavab verməyən hər gün üçün 10 min dollar cərimə ödəməyi əmr edib.azxeber.com

  •  (0)
  •  (0)