Məhkəmə polis kapitanı ilə bağlı QƏRAR VERDİbackend

Məhkəmə polis kapitanı ilə bağlı QƏRAR VERDİ

Bu gün Nərimanov Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sabunçu rayon 13-cü Polis Bölməsinin polis kapitanı Əşrəf Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Bu barədə Axeber.az-a Ə. Əlizadənin vəkili Əli Hüseynov məlumat verib. Vəkil qeyd edib ki məhkəmə hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verib.

Qeyd edək ki, hadisə ötən ilin aprelində axşam saatlarında Nərimanov rayonu, Ziya Bünyadov prospektində, Olimpiya stadionu yaxınlığında qeydə alınıb.

Məlumata görə, yolu piyadalar üçün qadağan olunmuş yerdən keçmək istəyən 1970-ci il təvəllüdlü İbrahimov Vüqar Sabir oğlunu sürücü Əlizadə Əşrəf İbrahim oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil vurub.

Nəticədə piyada hadisə yerdində dünyasını dəyişib.

  •  (0)
  •  (1)