Məhkəmə ictimai fəala qarşı iddianı icraata götürübbackend

Məhkəmə ictimai fəala qarşı iddianı icraata götürüb

Neftçala Rayon Məhkəməsi Xol Qaraqaşlı kənd Bələdiyyə Şurasının üzvü, ictimai fəal Vəfa Nağının  barəsində xüsusi cinayət ittihamı qaydasında iddianı icraata qəbul edib. İş üzrə iddiaçı kənd Bələdiyyə Şurasının sədri Əlibala Səlimovdur. O, V.Nağının təhqir və böhtan ittihamı ilə cəzalandırılmasını tələb edir.

İddia ərizəsində V.Nağının Facebook-dakı statusuna  istinadən iddia edilir ki, guya o, Ə.Səlimovun işgüzar nüfuzuna xələl gətirib, onun ləyaqətini alçaldıb.

Ona görə də Ə.Səlimov onun Azərbaycan CM-in 147.1-ci (böhtan), 147.2-ci (ağır cinayətin törədilməsində böhtan) və 148-ci (təhqir) maddələri ilə cəlb olunmasını tələb edib.

  •  (0)
  •  (0)