Məhkəmə ATV kanalı ilə bağlı qərar verdibackend

Məhkəmə ATV kanalı ilə bağlı qərar verdi

Yasamal Rayon Məhkəməsində “Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyası (ATV) və Axundov Emin Tofiq oğlu barəsində xüsusi ittiham qaydasında verilən şikayətə baxılıb.

Hokm.az xəbər verir ki, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayətin icraata qəbulundan imtina edilib. Bildirilib ki, şikayətin məzmunu 293.3.1.-293.3.7. maddələrə uyğun deyil.

Qeyd: “Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyası (ATV) və Axundov Emin Tofiq oğlu xüsusi ittiham qaydasında məhkəməyə verilib. Şirkət və E.Axundovun barəsində Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) maddəsi ilə ittiham ittiham irəli sürülüb.

  •  (0)
  •  (0)