Məğlub olan prezidentin qızı İŞ AXTARIR – FOTObackend

Məğlub olan prezidentin qızı İŞ AXTARIR – FOTO

ABŞ Prezidenti Donald Trampın dörd illik prezidentliyi dövründə qızı İvanka Tramp və kürəkəni Jared Kuşner Ağ Evdəki baş məsləhətçiləri arasında yer alıblar.

Hokm.az-ın məlumatına görə, Trampın 3 noyabr seçkilərində Co Baydenə məğlub olması Kuşner cütlüyünün məsləhətçilik vəzifələrini itirməsinə səbəb olub.

Bildirilir ki, 300 milyon dollar sərvətə sahib olan İvanka həyat yoldaşı ilə birlikdə yeni iş axtarışına çıxıb.

Ehtimal edilir ki, zəngin əsər kolleksiyasına sahib olan cütlük sənət sahəsini seçəcək.Publika.az

  •  (1)
  •  (0)