Medvedçuk Putinə müraciət ünvanladı: “Məni Mariupolun müdafiəçiləri və sakinləri ilə dəyişin”backend

Medvedçuk Putinə müraciət ünvanladı: “Məni Mariupolun müdafiəçiləri və sakinləri ilə dəyişin”

Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs edilən Viktor Medvedçuk Rusiya və Ukrayna prezidentlərinə müraciət edib.

Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciət edən Viktor Medvedçuk özünün Ukraynanın Mariupol şəhərinin müdafiəçiləri və sakinləri ilə dəyişdirməyi xahiş edib.

Qeyd edək ki, Rusiya ilə sıx əlaqələri olan Viktor Medvedçukun qızının xaç atası Rusiya Prezidenti Vladimir Putindir.

Məlumata görə, Rusiyanın Kiyevi işğal edəcəyi təqdirdə V.Medvedçuk oradakı gələcək marionet hakimiyyətin başçısı olaraq görülürdü.

Bu arada iki əsir britaniyalı da Böyük Britaniyanın Baş naziri Boris Consona Rusiya telekanalı vasitəsilə müraciət edərək dəyişdirilmələrini istəyib.

“Cənab Boris Conson. Mənim adım Şon Pinnerdir. Bildiyim qədərilə, Viktor Medvedçuk saxlanılıb. Mən və Eyden Aslin istərdik ki, bizi Medvedçukla dəyişdirəsiniz. Bu məsələdə köməyinizə görə sizə minnətdar olarıq”, –  əsir britaniyalılardan biri deyib.oxu.az

  •  (2)
  •  (1)