Bakı 2 saylı, Bakı 3 saylı, Bakı 5 saylı, Bakı 6 saylı, Bakı 8 saylı, Bakı 9 saylı, Bakı 10 saylı, Bakı 11 saylı, Bakı 16 saylı, Bakı 17 saylı, Bakı 18 saylı, Gəncə 1 saylı, Şəki 1 saylı, Salyan 1 saylı, Cəbrayıl 1 saylı, Sabirabad 1 saylı, Lənkəran 1 saylı, Naxçıvan 1 saylı, Tovuz 1 saylı mediasiya təşkilatları Mediasiya Şurasının təşəbbüsünə qoşularaq, aksiyada iştirak ediblər.
“Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində gözəl bir həmrəylik göstərə bildik”,- deyən Nadir Adilov qeyd edib ki, Mediasiya Şurası da daxil olmaqla, mediasiya təşkilatları qeyri-kommersiya hüquqi şəxsdir, yəni gəlir əldə etməyən təşkilatlardır. Amma buna baxmayaraq hər biri bundan sonrakı fəaliyyətində də dövlətimiz üçün önəm daşıyan sosial yönümlü layihələrdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək.