Mediasiya Şurası vətəndaşlara ödənişsiz hüquqi yardım və mediasiya xidmətləri göstərəcəkbackend

Mediasiya Şurası vətəndaşlara ödənişsiz hüquqi yardım və mediasiya xidmətləri göstərəcək

“Heydər Əliyev İli” ilə əlaqədar Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association tədbirləri planı çərçivəsində ARVK və Azərbaycan Respublikası Mediasiya Şurası vətəndaşlara ödənişsiz hüquqi yardım və mediasiya xidmətləri göstərəcək.

Belə ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri ilə Sumqayıt 1 saylı Mediasiya təşkilatının mediatorları tərəfindən “Vəkillik və mediasiya xidmətinin praktiki məsələləri” mövzusunda dəyirmi masa keçirilməsi, o cümlədən vətəndaşlara ödənişsiz hüquqi yardım və mediasiya üzrə məsləhətlərin verilməsi nəzərdə tutulur.

Tədbir 10 oktyabr 2023-cü il tarixdə, saat 10:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutacaq.

Eyni zamanda, oktyabrın 12-də Bakı şəhər 12 saylı Vəkil Bürosu tərəfindən Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının inzibati binasında, Gəncə şəhər 1 saylı Vəkil Bürosu tərəfindən Gəncə şəhəri, Cavadxan küçəsi, 53 ünvanında və oktyabrın 14-ü saat 11:00-da isə Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosu tərəfindən Qəbələ Mədəniyyət Evində ödənişsiz hüquqi yardım aksiyası keçiriləcək.

Qeyd edək ki, 2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar Vəkillər Kollegiyası tərəfindən hər təqvim ayının 10-da vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilir.

Əlaqələndirici şəxs: Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva (əlaqə nömrəsi: 012 594 99 85, 050 340 09 81).

  •  (3)
  •  (0)