“Medianın, jurnalistin azad olmasını istəyirik” – Vahid Əhmədovbackend

“Medianın, jurnalistin azad olmasını istəyirik” – Vahid Əhmədov

“Medianın, jurnalistin azad olmasını istəyirik. Ona görə birinci medianın maliyyə məsələsi öz həllini tapmalıdır”.

Hokm.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, media reklam şirkətləri ilə normal işləməlidir: “Amma Azərbaycanda medianın reklam bazarı kifayət qədər aşağıdır”.

V.Əhmədov qeyd edib ki, Azərbaycanda reket jurnalistlər çoxdur, onları saxlayan nazirlər, məmurlar, şirkətlər var.

“Onlar istənilən vaxt media orqanını qapatmaq imkanına malikdir. Mən media rəhbərlərinin ali təhsilli olmasının tərəfdarıyam. Reyestrin olması vacibdir”.

  •  (2)
  •  (0)