Media nümayəndələrinin Buta.ws-ə xoş arzuları: “Saytın adının “Buta” olması…” – FOTOLARbackend

Media nümayəndələrinin Buta.ws-ə xoş arzuları: “Saytın adının “Buta” olması…” – FOTOLAR

Media nümayəndələrinin Buta.ws-ə xoş arzuları: “Saytın adının “Buta” olması…” – FOTOLAR

Milli.Az saytının Baş redaktor müavini, tanınmış jurnalist Elçin Alıoğlu: “Yeni yaranmağına rəğmən, artıq ciddi işlər görməyə başlayan media resursunu təbrik etmək rutin, gərəkli, nəzakət çərçivəsində olası bir əməl sayılmalıdır. Fəqət rutinlikdən uzaq durmağımız gərək ki, irəliləyə bilək. “Buta.ws” irəliləyə gedəsi və gedəcək resursdur, çünki ruhu, özü və düşüncəsi gəncdir. Kollektivə özü kimi qalmağı arzulayıram”.

Din xadimlərinə inamımı basdırmışam, onlar hamısı fırıldaqçıdır ...
Versus.az saytının təsisçisi, jurnalist Tahirə qafarlı: “Məhz çoxsaylı mətbu orqanları sırasında siz də seçilmişlərdən olasınız” Əvvala onu qeyd edim ki, maraqlı adınız var – Buta.ws. “Buta” dedikdə, Azərbaycan folklorunda çox rast gəlinən rəngli, fərqli naxışlar yada düşür. Deyilir ki, hər kəsə buta verilmir. Buta vermə yalnız seçilmişlərə xasdır. Buta dünyada mövcud olan qanunauyğunluqların fərqli bir formada daha üstün icrası üçün bir vasitədir. Və bu vasitə bir mətbuat orqanı olaraq sizin ixtiyarınıza verilib. Çox arzu edərdim ki, məhz çoxsaylı mətbu orqanları sırasında siz seçilmişlərdən olasınız. Saytın adının “Buta” olması, həm də bir media qurumu olaraq qarşınızda böyük bir məsuliyyət yükü qoyur. İnanıram ki, belə bir çətin dönəmdə saytınız ölkənin ictimai-siyasi, sosial, mədəni həyatına özünün “Naxışını” vura biləcək. Arzu edirəm ki, “Buta”, öz sözünü deyə bilən, doğru, düzgün informasiyalarla oxucu inamını qazanan bir sayt olaraq özünü sevdirsin. Adına layiq bir sayt olaraq Azərbayacnın mədəni dəyərlərini qorumaqla, xəbərləri ilə dünya informasiya məkanında istinad yerinə çevrilsin. Bu günlər Versus.az saytı da 3 yaşını qeyd etdi. Kollektivimiz adından saytınızın 1 yaşını təbrik edirik. Uzun ömürlü və oxunaqlı olasınız. Təbriklər və uğurlar, Buta.ws!”

Uşaqların internetdən istifadəsinə nəzarət olmalıdır

 

Day.Az saytının redaktoru Fərid Zöhrabov: “Buta.Ws saytının kollektivini ad günü münasibəti ilə təbrik edirəm. Bir il zaman ərzində sayt mətbuat aləmində öz məxsusi yerini tuta bilib. Obyektivlik, operativlik, saytı tanıdan və sevdirən xüsusiyyətlərdən hesab edilə bilər.Kompüterimdə daimi açıq olan 3-4 xəbər saytı varsa, onlardan biri Buta.Ws saytıdır. Kollektivinizi təbrik edir səbr, əzm, və yorulmadan, həvəsdən düşmədən calışmaq arzulayıram”.

Görüntünün olası içeriği: Farid Daglar

Tanınmış jurnalist Tahirə Məmmədqızı: “Buta.ws saytının rəhbəri Xəyal qardaşım başda olmaqla kollektivinizin hər bir üzvünü təbrik edirəm. Sayt maraqlı yazıları, ekzkluziv müsahibələri, dövlət  və İctimaıyyət üçün vacib olan məlumatları operativ və qərəzsiz təqdim etməklə Azerbaycan metbuatında mövqeyini sərgiləməyi bacardı. Yolunuz uzun, imzalarınız dəyərli olsun. İnşəAllah 10 yaşınızı qeyd edək!!!!”

Tahirə onkoloji xəstəliyə tutuldu

ARB televiziyasının əməkdaşı Yusif Əlizadə: “Hörmətli Buta.ws saytının təsisçisi gözəl qardaşım, 1 yaşınızı təbrik edirəm. İnşəAllah reytinqinizi hər zaman yüksəklərdə olsun. Xəbərləriniz bol, uğurlarınıız daimi olsun. Bir daha təbrik edirəm”.

Kaspi qəzetinin əməkdaşı Aygün Asimqızı: “1 il rəqəm kimi kiçik görünsə də, mətbuatda çalışmaqdan söhbət gedirsə, gərgin əmək, çox vaxt ayırmaq tələb edir. Düşünürəm ki, bir işə əmək verilirsə, zaman sərf edilirsə, nəticəsi mütləq olur. Təbii ki, komandada peşəkar insanların olması önəmlidir. Əməyiniz, zamanınız boşa getməsin, neçə yaşlarınızı qeyd edəsiniz”.

Görüntünün olası içeriği: Aygün Əhmədova, gülümsüyor

Versus.az saytının təsisçisi Arzu Zeynallı: “Bu gün mətbuatda öz sözünü demək üçün yaradılan daha bir saytın – “Buta.ws“in 1 yaşı oldu. İl ərzində informasiya bolluğunu səhifələrindən əskik etməyən xəbər portalının rəhbərliyi başda olmaqla, bütün əməkdaşlarını bu uğurları münasibətilə təbrik edirəm. Hər işin başlanğıcında maddi durum yüksək olmayınca, o iş bir az ləng gedir. Amma bu, həvəsdəndüşməyə deyil, mübarizliyin artmasına yönəlməlidir. Odur ki, irəli dostlar, daha böyük uğurlar qabaqdadır”.

Görüntünün olası içeriği: 1 kişi

Teleqraf.com saytının müxbiri Rəqsanə Həsənova: “Ad gününüzü təbrik edirəm. Arzu edirəm ki, 1 rəqəm 111 olsun. Düşünürəm ki, qısa zamanda əməyinizin qarşılığını alacaqsınız və ən çox oxunan saytlar sırasında olacaqsınız. Və ən önəmlisi hadisələrə yanaşmanızda obyevtik olacaqsınız və insanların güvənini qazanacaqsınız, bu gün olduğu kimi. Peşəkar və obyektiv olduqdan sonra uğur qazanmaq çətin deyil. Sizə və komandanıza uğurlar arzu edirəm”.

 

Hokm.az saytının direktoru Mikayıl Mirzəzadə: “Buta.ws qısa zaman ərzində kiçik komanda ilə böyük kütləyə xitab edən geniş auditoriya kütləsi olan media portal kimi özünü təsdiqləmək ilə bərabər, maraqlı layihələr ilə də daima izləyicilər tərəfindən bəyənilib”.

Görüntünün olası içeriği: 2 kişi, Mikayil Mirzazada dahil

  •  (1)
  •  (1)