“Media haqqında” qanun layihəsi jurnalistləri aşağılayır – ekspertlərdən sərt tənqid(VİDEO)backend

“Media haqqında” qanun layihəsi jurnalistləri aşağılayır – ekspertlərdən sərt tənqid(VİDEO)

Milli Məclisdə müzakirəyə çıxarılan “Media haqqında” qanun layihəsi ciddi narazılıqlara səbəb olub. AFN xəbər verir ki, dünəndən bəri media ekspertləri layihə ilə bağlı tənqidi fikirlər səsləndirirlər.

Əsas tənqid olunan məsələ layihənin tələm-tələsik MM-də müzakirə çıxarılmasıdır. Mütəxəssislər bildirirlər ki, qanun layihəsinin ictimai müzakirəsi aparılmayıb, üstəlik, layihə üzərində Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarla məsləhətləşmələr də olmayıb.

“Toplum” TV mövzu ilə bağlı peşəkar media ekspertlərini danışdırıb. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin, media hüququ üzrə ekspert, hüquqşünas Ələsgər Əhmədoğlu və TV mütəxəssisi Qulu Məhərrəmlinin iştirakı ilə keçirilən müzakirəni BURADAN izləyə bilərsiniz:

  •  (2)
  •  (0)