“McDonalds”ın Azərbaycanda reklam və piar işlərini həyata keçirən şirkətin adı açıqlandı – FOTObackend

“McDonalds”ın Azərbaycanda reklam və piar işlərini həyata keçirən şirkətin adı açıqlandı – FOTO

Vətəndaşların boykot etdiyi “McDonalds”ın Azərbaycanda reklam və piar işlərini həyata keçirən şirkətin adı açıqlanıb.

Hokm.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, bu şirkət “DDB Azerbaijan”dır.

“DDB Azerbaijan” ölkədə bir neçə şirkətin də reklam və piar işlərini həyata keçirir.

“DDB” bir neçə xarici ölkədə fəaliyyət göstərir. Şirkətin rəhbəri Yunanıstan vətəndaşı Vasilis Papangiotopulosdur.

Xatırlatma: Bir müddət əvvəl “McDonalds”ın Azərbaycandakı nümayəndəliyi rəsmi səhifəsində “Qarabağ Azərbaycandır” paylaşım etsə də, ermənilərin təzyiqi ilə sonradan postu silib. Paylaşımı sildikdən sonra açıqlama verən şirkət siyasətə qarışmadığını, əsas amallarının insanları qida ilə təmin etmək olduğunu bildirib: “Bütün dünya üzrə McDonalds öz qapılarını hər kəsin üzünə açaraq dadlı yeməklər təqdim edir və xidmət etdiyimiz bütün insan qrupları üçün məsuliyyətli partnyor kimi fəaliyyət göstərir.

Bir müddət bundan əvvəl sosial şəbəkələrdəki səhifələrimizdən bəzi postları silməkdə bir məqsədimiz var-əsas amalımıza, yəni insanları qida ilə təmin etmək fikrinə sadiq qalmaq. Cari dəyişkən zamanda bunun önəmi xüsusilə yüksəkdir və biz bu təşəbbüsü dəstəkləyən növbəti xeyirxah addımlarımız barədə məlumatları tezliklə açıqlayacağıq. İstəyimiz odur ki, insanların bir yerdə toplanaraq yemək və xoş anları birlikdə paylaşa biləcəkləri bir məkan yaradaq”.

Azərbaycan vətəndaşları da “McDonalds”ı boykot edib.

“DDB Azerbaijan”ın da mövqeyini dərc etməyə hazırıq.

  •  (0)
  •  (1)