“McDonald`s Azərbaycan”ın restoranlarından birinin qeydiyyata alınmasından imtina olundubackend

“McDonald`s Azərbaycan”ın restoranlarından birinin qeydiyyata alınmasından imtina olundu

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 26-27 yanvar 2021-ci il tarixlərində qida məhsulları sahəsində fəaliyyət göstərən 47 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, həmin tarixdə 7 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər bunlardır:

S/S Subyektin adı Fəaliyyət istiqaməti İmtina səbəbi
1 “MCDONALD`S AZƏRBAYCAN” QSC-nin restoranlarından biri İctimai iaşə Sahibkar fəaliyyətə başlamamışdır.
2 Ələsgərov Nasil Pirverdi oğlu Emal Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.
3 Nəhmətova Hökümə Burhan qızı Pərakəndə satış Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir.
4 Quliyev Hafiz Böyükağa oğlu Pərakəndə satış Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir.
5 Hüseynov Novruz Əli oğlu Pərakəndə satış Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.
6 Məmmədov Vahid Xamməd oğlu Pərakəndə satış Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir.
7 Əzimov Şəfahət Əliş oğlu Pərakəndə satış Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

  •  (2)
  •  (0)