“Maska taxıb, sosial məsafəni qorumaqla pandemiyaya qalib gələ bilərik” – Deputatbackend

“Maska taxıb, sosial məsafəni qorumaqla pandemiyaya qalib gələ bilərik” – Deputat

Pandemiya dönəmində insanların maskasız gəzmələri özləri üçün də ən böyük təhlükə mənbəyidir. ÜST-ün və rəsmi dövlət qurumlarının əsas tövsiyələrindən biri də insanların tibbi maskalarda istifadə etmələri ilə bağlıdır. Bəs insanlar bu çağırışa niyə biganə yanaşır?
AZXEBER.COM bu sualla millət vəkili Jalə Əliyevaya müraciət edib.

O açıqlamasında hər şeyin öz əlimizdə olduğunu qeyd edib. “Maska taxmaq, sosial məsəfni qorumaq vətəndaş məsuliyyətidir. Daha dar çərçivədən baxsaq, insanın özünün sağlamlığını qorumasıdır, özünün və ailəsinin taleyinə cavabdehlikdir. Maska taxmaq elə də çətin bir proses deyil. Bu elementar tələblərə əməl etməklə biz bu pandemiyaya qalib gələ bilərik.

Jalə Əliyeva deyib ki, ÜST-ün tövsiyə etdiyi qaydalara riayət etmək lazımdır: “Bir daha bildirirəm ki, bu qaydalar bizim sağlamlığımız üçün qoyulub. Havaların isti olması ilə əlaqədar müvəqqəti çətinlik ola bilər, bunu başa düşürük. Hər kəs maskadan istifadə edə bilmir. Ancaq maksimum dərəcədə istifadə etməliyik.
ÜST ilə yanaşı TƏBİB də bu virusdan qorunmaq üçün 3 əsas şərti – maska taxmaq, sosial məsafəni qorumaq və gigiyena qaydalarına əməl etməyi tövsiyə edib. Hər şey öz əlimizdədir və biz bu üç tələbə riayət etsək, bütün bu problemləri geridə qoymuş olacağıq”.
Hokm.az
  •  (0)
  •  (0)