Maska ilə bağlı vacib xəbərbackend

Maska ilə bağlı vacib xəbər

okat Dövlət Xəstəxanasının infeksionisti və mikrobioloqu Sibel Yavaş koronavirus tədbirləri çərçivəsində taxılan qoruyucu maskaların maksimum 3-4 saat istifadə edildikdən sonra dəyişdirilməli olduğunu bildirib.

Hokm.az xəbər verir ki, ekspert yüksək səslə danışarkən islanan maskaların dərhal çıxarılmalı olduğunu söyləyib.

“Hər kəs əvvəlcə öz sağlamlığını, sonra çevrəsindəkilərin sağlamlığını qorumaq üçün mütəmadi olaraq maska taxmalıdır. Lazım olduğu zaman maska dəyişdirilməli, əl gigiyenasına diqqət yetirilməli və sosial məsafə qorunmalıdır. Qələbəlik yerlərdən uzaq durun. Peyvənd olunsaq da, olunmasaq da, bu tədbirlərə əməl etməliyik. Maska həm ağzımızı, həm də üzümüzü örtməlidir. İslandığı və ya nəmləndiyi zaman dəyişdirməliyik. Cərrah maskanın istifadə müddəti 3-4 saatdır. Xüsusilə yüksək səslə danışan insanlar maskanı tez-tez dəyişdirməlidir”. publika.az

  •  (0)
  •  (0)