Masazır qəsəbəsində baş verən silahlı insidentin təfərrüatı məlum olub.
“Yeni Bakı” Yaşayış Kompleksindәn “Report”a bildiriblər ki, hadisə kompleks ərazisində deyil, qәsәbәdә yerləşən “Qәbәlә” kafesindәki ev alqı-satqısı ofisindә baş verib.
Münaqişəyə ev alqı-satqısı ilә mәşğul olan şәxslәrlə şәhәrciyin komendantı Ehtiram Yusifov arasında söyüş üstündə yaranan mübahisə səbəb olub.
Qeyd olunur ki, silahlı insident zamanı yaralanan şәxslәr “Yeni Bakı” yaşayış kompleksinin sakinlәri deyil.
09.18
Masazırda üç nəfər “Vinçester” markalı odlu silahdan açılan atəş nəticəsində çoxsaylı qırma yarası alıb.
“Report” xəbər verir ki, hadisə qəsəbədəki “Yeni Bakı” yaşayış kompleksi ərazisində baş verib.
Hadisə zamanı 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayağından, 1990-cı il təvəllüdlü Talıbov Məmməd və 1980-ci il təvəllüdlü Gəncəliyev Zaur isə döş və qarın nahiyələrindən çoxsaylı qırma yarası alıb. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Xəsarət alanların sözlərinə görə, onlara “Vinçester” markalı silahdan atəş açan “Yeni Bakı” yaşayış kompleksinin komendantı Ehtiram adlı şəxsdir.
















