Masallıda mayor Anar Novruzovun şəhadətinin ikinci ildönümü keçirildi – FOTOLARbackend

Masallıda mayor Anar Novruzovun şəhadətinin ikinci ildönümü keçirildi – FOTOLAR

Masallı rayonunun Ərkivan qəsəbəsində Aprel və Tovuz döyüşləri qəhrəmanı, mayor Anar Novruzovun şəhid olmasının ikinci ildönümü keçirilib.


Asiya.az xəbər verir ki, anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə müəssisə rəhbərləri, Milli Məclisin deputatı Məşhur Məmmədovun köməkçiləri, şəhidin doğmaları, hərbçi yoldaşları, media nümayəndələri iştirak ediblər.

Şəhidin uyuduğu qəbiristanlıqda məzarı önündə keçirilən mərasimdə əvvəlcə Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhid zabitin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Tədbirin aparıcısı yazıçı-publisist Nurəddin Ədiloğlu torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan Anar Novruzovun xatirəsinin masallıların qəlbində əbədi yaşayacağını qeyd edərək şəhidlərimizin qanının yerdə qalmadığını, düşmənlərdən qisaslarının alındığını bildirib.

Şəhidin qardaşı Sucəddin Novruzov dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Anım tədbirində Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Adəm Məhərrəmov, Millət vəkili Məşhur Məmmədovun köməkçisi Əli Nağıyev, şəhidin döyüş yoldaşı Polkovnik-leytenant Elmar HüseynovQafqaz Müsəlmanları İdarəsinin Masallı, Cəlilabad və Biləsuvar rayonları üzrə Qazisi Ağarəşid Talıbov və başqaları çıxış edərək şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər. Çıxışlarda Azərbaycan ordusunun möhkəmlənməsindən, İyul  döyüşlərinin əhəmiyyəti, 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfərdən danışılıb.

Şəhidin Aprel və Tovuz döyüşlərində göstərdiyi şücaətindən söz açan hərbçi yoldaşları, Vətən müharibəsi iştirakçıları Anarın qəhrəmanlıq nümunəsinin hər birimiz, xüsusilə gənclər üçün böyük fəxr və örnək olduğunu bildiriblər. Vurğulanıb ki, onun kimi Vətən oğullarının hünəri Zəfərin qazanılmasının əsas təməli oldu.
Rəsmi tədbirdən sonra şəhid üçün ehsan verilib.

Fotolar Elsevər Əliyevə məxsusdur:
















  •  (0)
  •  (0)