Masallıda faciə: Biri azyaşlı olmaqla iki nəfər yanaraq öldübackend

Masallıda faciə: Biri azyaşlı olmaqla iki nəfər yanaraq öldü

Bu gün saat 14:38-də Fövqəladə Hallar Nazirliyinə (FHN) Masallı rayonunun Güllütəpə kəndində (yanğından mühafizə hissəsindən 12 km məsafədə) fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub və saat 14:51-də hadisə yerinə çataraq yanğınsöndürmə işlərinə başlanılıb.

Yanğın nəticəsində ümumi sahəsi 300 kvadratmetr, arakəsmə divarları taxta və çiy kərpicdən olan ikimərtəbəli beşotaqlı evin 2-ci mərtəbəsində iki otağın, dəhlizin yanar konstruksiyaları 105 kvadratmetr sahədə və dam örtüyü yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin (onlardan biri azyaşlıdır) yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  •  (0)
  •  (0)