19 oktyabrda, şəhərin mərkəzində keçirilən icazəsiz aksiyada Masallıdan gəldiyini, uşaqlarına yedizdirməyə yemək tapmadığı deyən Firdovsi Məmmədovun oğlu atası ilə bağlı bütün gizlinlərin üstünü açıb və atasının yalan danışdığını bildirib.
Hokm.az xəbər verir ki, Məmmədov Namiq Firdovsi oğlu atası ilə bağlı danışarkən bildirib ki, o Masallı rayonunda ailə qurduqdan dərhal sonra, 1970-ci illərdən Rusiyaya gedib. Orada bir müddət yaşadıqdan sonra başqa bir rus qadınla ailə həyatı qurub. Həmin qadın dünyasını dəyişdikdən sonra atası Türkmənistana üz tutub. Orada 3-cü dəfə ailə həyatı quran atası elə Türkmənistan vətəndaşlığını qəbul edib.
Namiq Məmmədov bildirir ki, atasının Masallıda qurduğu ailəsindən 2 oğlu, 2 qızı dünyaya gəlib. Hazırda qardaşının Rusiyada həbsdə olduğunu da qeyd edən Namiq Məmmədov əlavə edib ki, atasının Türkmənistanda qurduğu ailəsindən 3 qızı var.
Namiq Məmmədov deyir ki, atası hazırda Türkmənistan vətəndaşıdır və o, ökəyə ara-sıra gəlməkdədir. Atasının sözügedən aksiyaya Masallıdan getmədiyini, Bakıda Türkmənistanda qurduğu ailəsi ilə birlikdə kirayədə yaşadığını da bildirən Namiq Məmmədov atası ilə münasibətlərinin soyuq olduğunu da əlavə edib:
“Atam Masallıda anamla ailə qurduqdan sonra, 1970-ci illərdə Rusiyaya getdi. Orada başqa qadınla ailə həyatı qurdu, lakin çox keçmədi ki, qadın dünyasını dəyişdi. Sonra atam Türkmənistana üz tutdu və orada əslən Masallıdan olan bir qadınla ailə həyatı qurdu. Həmin qadından 3 qızı dünyaya gəldi. Biz isə burda atasız böyüdük. Bir qardaşım və 2 bacım var. Qardaşımın biri hazırda Rusiyada həbsdədir. 1 ildən sonra azadlığa çıxacaq. Mən də burda, Masallıda yaşayıram. Güzəranım da pis keçmir. Qardaşım da evini mənə verib. Həyətyanı sahəm var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdikdən sonra mənə 20 baş xırdabuynuzlu heyvan və 1 qoç verdilər. 1 ay mənə dərs keçildi, heyvanlara qulluq etmək qaydaları təsris edildikdən sonra heyvanlar mənə təqdim edildi. Yerli icra nümayəndəliyi mənə 1 baş qoç da hədiyyə etdilər əlavə olaraq. Eyni zamanda 400 kiloqram yem də verdilər. İcra hakimiyyəti həyətyanı sahəmdə tikililərim üçün tikinti materialları verdi. Nə qədər kömək lazım olsa edəcəklərini bildirdilər. Bu yaxınlarda atamın mitinqə getdiyini öyrəndim. Orada deyirmiş ki, uşaqlara yumurta verməyə imkanı yoxdur. Atam Azərbaycan vətəndaşı deyil, o ölkəmizin vətəndaşı olsa ona da diqqət göstərilərdi. Ölkə vətəndaşlığını almaq üçün müraciətlər edib. Ümid edirəm ki, yaxın günlərdə onun problemi həll olunacaq, dövlətimiz ona da əlinrən gələn köməkliyi edəcək.
Atamla münasibətlərimiz soyuqdur, Azərbaycanda yaşadığı müddətdə də həbs olundu. Kəndimizdə ən birinci dükanı atam işlədib. Lakin yoxlama zamanı maliyyə məsələlərində çatışmazlıq olduğuna görə onu 3 il müddətinə həbs ediblər. Sonradan da bizi atıb getdi. Mitinqə getməsini də alqışlamıram. Mitinqlər həm ölkəmizə, həm də prezidentimizə qarşı təxribatdır. Düşünürəm ki, mitinqə savadsız, şüursuz adamlar gedir. Atam da mitinqə getməyib, həmin parkda öz yaşıdları ilə həmişə şahmat oynayırlar. Orada təsadüfən jurnalist yaxınlaşıb o da danışıb. Mən heç mitinqə getmədim, aidiyyəti dövlət qurumlarına müraciət etdim mənə köməklik ediıdi. İnsanlar düşünürlər ki, mitinqə gedəndə hansısa problemləri həll olacaq, yaxud Əli Kərimli onlara şokolad vəd verəcək, yanılırlar. Mən Əli Kərimli adında prezident tanımıram. Mənim və atamın bir prezidenti var, o da cənab İlham Əliyevdir. Prezidentimiz ölkəmizi daha da gücləndirəcək, güclü bir dövlətə çevirəcək”.
Correct.az
















