Mariupol meriyası: “Rusiya yenidən “Azovstal”a basqın edib”backend

Mariupol meriyası: “Rusiya yenidən “Azovstal”a basqın edib”

Rusiya qoşunları Mariupolda “Azovstal”a hücumlarını davam etdirir.

Hokm.az  “Report”a istinadən xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Mariupol merinin müşaviri Petro Andryuşenkonun teleqram kanalına istinadən məlumat yayıb.

“Gözlənildiyi kimi, BMT nümayəndələrinin maşın karvanı Donetsk vilayətini tərk etdikdən sonra işğalçılar yenidən basqın edərək “Azovstal”a hücuma keçiblər. O cümlədən onlar körpünü yarıb keçməyə cəhd ediblər. Lakin müdafiəçilər düşmənin növbəti hücumunu da dəf ediblər”, – məlumatda deyilir.

Xatırladaq ki, Mariupolu müdafiə edən “Azov” alayının məlumatına görə, döyüşçülər mühasirəyə alınmış şəhərdə 2 500-dən çox rus əsgərini məhv edib, daha 5 000 nəfəri yaralayıb.

  •  (0)
  •  (0)