Manukyan Paşinyanın gedişindən sonra Ermənistanın nə edəcəyini AÇIQLADIbackend

Manukyan Paşinyanın gedişindən sonra Ermənistanın nə edəcəyini AÇIQLADI

Nikol Paşinyanın gedişindən sonra hökumət kəskin məsələləri həll etməli və sonra yeni seçkilərə hazırlaşmalıdır.

Hokm.az xəbər verir ki, bunu müxalifətin Ermənistanın Baş naziri vəzifəsinə vahid namizədi, Vətəni Qurtarmaq Hərəkatından Vazgen Manukyan media ilə görüşdə deyib.

Onun sözlərinə görə, Paşinyanın gedişindən sonra müvəqqəti hökumət bir il işləyəcək və bundan sonra parlament seçkiləri keçiriləcək.

“İndi parlament seçkilərinin keçirilməsi gülüncdür. Ölkədə təcili problemlər var, vəziyyət psixoloji baxımdan çətindir və buna partiya mübarizəsini əlavə etmək olmaz. Bu, sadəcə Ermənistanı məhv etmək deməkdir” deyə Manukyan bildirib.konkret.az

  •  (0)
  •  (0)