“Mallar”ın fəaliyyətinin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

“Mallar”ın fəaliyyətinin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda ictimai iaşə obyektlərinin və iri ticarət mərkəzlərinin fəaliyyətində qismən dəyişiklik edilib.

Bu barədə “Port Baku Mall”un rəsmisi Nuranə Muradova qazet.az-a açıqlamasında “mall”ların fəaliyyətinin bərpası Operativ Qərargahın qərarından asılı olduğunu qeyd edib.

“”Mall”ların fəaliyyətini yenidən davam etdirməsi Operativ Qərargahın verəcəyi qərardan asılıdır. Hazırda “mall”lar içindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, fəaliyyətini dayandırıb”.

Qeyd edək ki, “mall”ların birinci mərtəbədə yerləşən və çöldən giriş hissəsi olan mağazalar fəaliyyətini bərpa edib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-i saat 00:00-dan yumşalma ilə bağlı qərarında bildirilir.

  •  (0)
  •  (0)