“Mall”lar və ticarət mərkəzləri hansı tarixdə açılacaq? – AÇIQLAMAbackend

“Mall”lar və ticarət mərkəzləri hansı tarixdə açılacaq? – AÇIQLAMA

Azərbaycanda hazırkı sərt karantin rejminin müddəti avqust ayının 5-də başa çatır.

Hokm.az xəbər verir ki, sərt karantin rejimi zamanı zərərçəkən sahələrdən biri də böyük ticarət mərkəzləri və “mall”lardır.

Bəs sözügedən obyektlər avqust ayının 5-də fəaliyyətini bərpa edəcəkmi?

PAŞA İnşaat Ticarət Mərkəzlərinin Marketinq meneceri Nuranə İsgəndərova qazet.az-a açıqlamasında bildirib ki, “mall”ların hansı tarixdən fəaliyyətini bərpa edəcəyi Operativ Qərargahın qərarından asılı olacaq.

“Bu barədə heç bir qərar yoxdur. “Mall”ların açılışı zamanı hər zaman dövlət qərarına əməl edilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən biz açılış edirik. Qərar yoxdursa, açılmayacaq”, – deyə Nuranə İsgəndərova bildirib.

  •  (1)
  •  (5)