Makron Zəngəzurdakı vəziyyətlə bağlı təxribatçı bəyanat yaydıbackend

Makron Zəngəzurdakı vəziyyətlə bağlı təxribatçı bəyanat yaydı

Bu dəqiqələrdə Fransa prezidentinin və Ermənistan baş nazirinin mətbuat xidmətləri təxribat xarakterli bəyanatla çıxış ediblər.

Emmanuel Makron Azərbaycan-Ermənistan sərhədində yaranmış real vəziyyətə aydınlıq gətirmədən qərəzli bəyanatla çıxış edərək, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü pozmaqda ittiham edib.

Halbuki, Azərbaycan XİN-in bəyanatında da qeyd edildiyi kimi, Azərbaycan sərhədçiləri sözügedən ərazilərə – ölkəmizə aid mövqelərə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı üçtərəfli sazişin həyata keçirilməsi məqsədi ilə yerləşdirilirlər.

Fransa tərəfi, ATƏT-in Minsk qrupu çərçivəsində həmsədr statusunun əksinə, bir tərəfin mövqeyindən çıxış edərək, digər tərəfin dünya birliyinə təqdim etdiyi mövqeyini nəzərə almır. Fransa Prezidenti ciddi-cəhdlə BMT Təhlükəsizlik Şurasını prosesə cəlb etməyə çalışır. Virtualaz.org

  •  (0)
  •  (0)