Makron gələn həftə Ukraynaya GEDƏCƏKbackend

Makron gələn həftə Ukraynaya GEDƏCƏK

Fransa Prezidenti Emmanuel Makronun gələn həftə Ukrayna paytaxtı Kiyevə səfəri gözlənilir.

Hokm.az xəbər verir ki, bu barədə “Fiqaro” qəzeti yazıb.

KİV-in məlumatına görə, Makron səfəri zamanı Ukraynaya “Caesar” 155 m çağlı haubitsanın ikinci partiyasını tədarük etdiklərini açıqlayacaq.

Qeyd edək ki, Fransa artıq bu hərbi texnikanın birinci partiyasını Ukraynaya verib. Ondan döyüşlərdə istifadə edilir. Bu haubitsa 40 km-lik məsafədə yerləşən hədəfi vura bilir.

Ukraynadakı müharibəyədək Fransa ordusunda 76 “Caesar” olub.

  •  (0)
  •  (0)