Makqreqor Porye ilə döyüşün yeni tarixini açıqladıbackend

Makqreqor Porye ilə döyüşün yeni tarixini açıqladı

Keçmiş UFC çempionu, irlandiyalı Konor Makqreqor amerikalı Dastin Porye ilə 23 yanvarda döyüşməyə razılaşıb.

Hokm.az xəbər verir ki, bu barədə irlandiyalı “Twitter” hesabında yazıb.

Konor Makqreqor daha əvvəl döyüşün vaxtını dekabr, döyüşün keçiriləcəyi yeri isə Dublin olaraq açıqlamışdı. İndi isə keçmiş UFC çempionu döyüşü Texas ştatında “Dallas Kovboyz” klubunun 105 minlik stadionunda keçirmək niyyətindədir.

  •  (0)
  •  (0)