Mahir Emreli Polşada nə qədər qazanacaq?backend

Mahir Emreli Polşada nə qədər qazanacaq?

“Qarabağ”dan ayrılıb “Legiya”ya keçən Mahir Emrelinin illik qazancı açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, 23 yaşlı forvard Polşa klubunda illik 300 min avro maaş alacaq. 

Bu onu ən çox qazanan azərbaycanlı futbolçuya çevirəcək.

Qeyd edək ki, “Bakı”nın yetirməsi olan Mahir 2015-ci ildən “Qarabağ”ın uğurları üçün çalışırdı. 23 yaşlı futbolçu geridə qalan mövsümdə Ağdam klubunun heyətində bütün turnirlər çərçivəsində 30 matça çıxıb, 22 qola imza atıb.

  •  (0)
  •  (0)