Magistraturaya qəbulda abituriyentlərə iki dəfə şans veriləcəkbackend

Magistraturaya qəbulda abituriyentlərə iki dəfə şans veriləcək

“Magistraturaya qəbul imtahanlarının fevralda keçirilməsi üçün yanvar ayının 30-dək sənəd qəbulunu başlamalıyıq. Bu, yanvarın 18-dən sonra ölkədə elan olunan qərardan asılıdır”.

Hokm.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanda fərqlənmiş nəzarətçi və imtahan rəhbərlərilə keçirdiyi onlayn görüş zamanı bildirib.

O qeyd edib ki, bu il abituriyentlərə iki şans veriləcək:

“Çalışacağıq ki, bu il qəbul imtahanları zamanı abituriyentlərə iki dəfə şans verək. Mart ayında imkan olsa, iki mərhələli – həm yaz, həm də yay sessiyası təşkil olunacaq”.

M.Abbaszadə bildirib ki, yanvarın 18-ə qədər imtahan tarixləri barədə fikir söyləməyə ixtiyarı yoxdur.

“Yaxın günlər üçün sadəcə imtahanların ardıcıllığını açıqlamaq mümkündür. Tarixlər hər dəfə pandemiyanın şərtlərindən asılı olur. Biz tarixlərlə bağlı təklifləri hazırlayıb hökumətə öncədən təqdim edirik. Buraxılış imtahanlarının strukturu elan olunub və xüsusi jurnal da çıxıb”.

  •  (0)
  •  (0)