“Maestro Shcool”un yetirmələri Fransada 9 qızıl, 23 gümüş, 13 bürünc medal qazanıb – FOTOLARbackend

“Maestro Shcool”un yetirmələri Fransada 9 qızıl, 23 gümüş, 13 bürünc medal qazanıb - FOTOLAR

Fransanın paytaxtı Paris şəhərində “STEM Grand Final” proqramı çərçivəsində Beynəlxalq STEM Olimpiadası başa çatıb. 22 ölkədən 500 iştirakçının qatıldığı oilmpiadada ölkəmizi “Maestro School” proqramlaşdırma məktəbinin 16 şagirdi təmsil edib.

16 azərbaycanlı şagirdin yüksək nəticə göstərdiyi proqramlaşdırma, riyaziyyat üzrə olimpiadalarda yeniyetmələrimiz qızıl, gümüş, bürünc medalları və fərqlənmə sertifikatlarına layiq görülüb. 9 qızıl,  23 gümüş, 7 bürünc medal, 3 fərqlənmə olmaqla ümumilikdə 42 medalla geri dönən məktəblilərimizin Fransada keçirilən Olimpiadada Azərbaycan bayrağını dalğalandırıblar.

“STEM Grand Final” proqramı Beynəlxalq STEM Olimpiada – elm, texnologiya, mühəndislik, riyyaziyyat üzrə beynəlxalq əhəmiyyətli olimpiada, məktəblilərin, gənclərin interaktiv eksperimentləri özündə əks etdirən elm mərkəzlərində imtahana hazırlaşdıqları və imtahan verdikləri STEM əsaslı müsabiqədir. Müsabiqə beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanır və hər il yüzlərlə məktəbli öz  bilik və bacarıqlarını nümayiş etdirir.

Qeyd edək ki, “Maestro School” proqramlaşdırma məktəbi 6 yaşdan 16 yaşa qədər uşaqlar üçün nəzərdə tutulan tədris müəssisəsi kimi fəaliyyətə başlayıb. Məktəbliləri, gəncləri keyfiyyətli İT təhsil ilə təmin etmək, “full stack” proqramçıların formalaşmasına nail olmaq devizi əsasında təsis olunsa da, sonradan fəaliyyət arealını genişləndirib. İT sahəsinə aid ən aktual biliklər, kompleks təlim proqramları, müəllimlər və effektiv tədris metodikası “Maestro School”un spesifik cəhətidir.

Robototexnika, IT Start, Oyun tərtibatçısı, Minecraft, VR/AR tətbiqlərin tərtibatçısı, Mobil tətbiqlərin tərtibatçısı, Wix, Scratch, UI& UX Dizayn, Proqramlaşdırma uşaqlar üçün, Proqramlaşdırma yeniyetmələr üçün, Kiber təhlükəsizlik, Data Science, SQL Data Analitikası, Front- End, Back- End proqramlarının tədris olunduğu mərkəzdə şagird və tələbələr vaxtaşırı olaraq imtahanlardan keçir, zəif yerləri müəyyən olunaraq, onların aradan qaldırılması mexanizmləri tətbiq olunur.

  •  (1)
  •  (0)