Lukaşenkonun bu ölkəyə girişinə qadağa qoyuldubackend

Lukaşenkonun bu ölkəyə girişinə qadağa qoyuldu

Litva Xarici İşlər Nazirliyi (XİN) Belarus Prezidenti Aleksandr Lukaşenkonu ölkəyə girişinə icazə verilməyənlərin siyahısında daxil edib.

Hokm.az bildirir ki, bunu XİN başçısı Linas Linkyaviçüs milli radionun efirində deyib.

“Bu siyahıda 32 nəfər var, o cümlədən Aleksandr Lukaşenko”, – deyə Linkyaviçüs vurğulayıb.

Daha əvvəl o, Tvitter-də bildirmişdi ki, Litva Avropa Şurasının Belarusdakı repressiyalara görə məsul şəxslərə qarşı fərdi sanksiyalar haqqında qərarını alqışlayır.

Onu da qeyd edək ki, avqustun 18-də Litva Belarusdakı prezidenti seçkisinin nəticələrini tanımaqdan imtina edib. Müvafiq qərar Respublika seymi tərəfindən qəbul edilib.(PARLA)

  •  (1)
  •  (2)