Lukaşenkodan qazax etirazçılarına İNANILMAZ TƏKLİF: Diz çökün və… – VİDEObackend

Lukaşenkodan qazax etirazçılarına İNANILMAZ TƏKLİF: Diz çökün və… – VİDEO

Belarus prezidenti Aleksandr Lukaşenko Qazaxıstandakı etirazçıları hərbçilərdən üzr istəməyə hakimiyyətlə danışıqlar aparmağa çağırıb. 

Hokm.az xəbər verir ki, bu barədə Lukaşenko tarixi siyasətin həyata keçirilməsinə həsr olunmuş iclasda bildirib.

“Siz (etirazçılar – red.) gedib diz çökərək, yaranmış bu çatı aradan qaldırmaq üçün hərbçilərdən üzr istəməli, danışıqlara başlamalısınız. Qazaxıstan Prezidenti həm yaxşı insan, həm də yaxşı diplomatdır. Onlara sadəcə olaraq bunu deyərdim: bir az hay-küy salmısınız, qışqırmısınız, bəsdir, danışıqlar aparmaq lazımdır. Kasım-Jomart Tokayevlə danışıqlar aparıla bilər”.

A.Lukaşenko Qazaxıstanda baş verənlərin Belarus üçün ibrətamiz dərs olduğunu da qeyd edib: “Bu, bizim üçün bir dərsdir. Daha bir dərs. O mənada ki, başımıza nə gələ bilərdi, indi yaxşı başa düşdük”.Publika.az

  •  (0)
  •  (0)