Lukaşenko Putindən polkovnik rütbəsi İSTƏDİbackend

Lukaşenko Putindən polkovnik rütbəsi İSTƏDİ

Hələ fevralın əvvəlində Belarus Prezidenti Aleksandr Lukaşenko çıxışlarının birində Rusiya ordusunda polkovnik rütbəsi almaq istədiyini bildirmişdi. Belə olan halda Belarus lideri Rusiya Prezidenti Vladimir Putinə general rütbəsi vermək niyyətində olduğunu bildirib.

Hokm.az xəbər verir ki, bu gün keçirilən Putin-Lukaşenko görüşündən sonra liderlər jurnalistlərin bu sözlərin nə dərəcədə həqiqətə uyğun olması ilə bağlı sualına cavab veriblər.

Rusiya lideri vurğulayıb ki, başqa bir dövlətin başçısının Lukaşenkoya titullar verməsi lazım deyil:

“O, özü də böyük bir rəisdir” – Putin deyib.

General rütbəsi almaq perspektivlərindən danışan Rusiya lideri qeyd edib ki, “hərbi rütbələr ilk növbədə hərbçilərə lazımdır”.

“Mənə general rütbələri lazım deyil. Bildiyiniz kimi, mənim general rütbələrim və titullarım yoxdur, amma mən xalqa sədaqətlə xidmət edirəm”, – deyən Putin gülümsəyərək əlavə edib ki, “Və Aleksandr Qriqoryeviç, o, orada ön sıradadır, bu paqonlara daha çox ehtiyacı var”.

“Mən də polkovnik olsaydım, yaxşı olardı. Düzdür, o, mənə söz vermişdi, amma hələ də yerinə yetirməyib”, – Lukaşenka gülərək deyib.

1999-cu ildə polkovnik rütbəsinə yüksələn Rusiya lideri “Mən söz vermişəmsə, yerinə yetirəcəyik” deyə əmin edib.redaktor.az

  •  (0)
  •  (0)