Lukaşenko istiqamət dəyişdi – Özünə yeni dost axtarırbackend

Lukaşenko istiqamət dəyişdi – Özünə yeni dost axtarır

“ABŞ-la dostluq və qarşılıqlı faydalı əlaqələr Belarusun xarici siyasətinin əsas prioritetidir”.

“Qafqazinfo” “Belta”ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib:

“Belarus və ABŞ arasında konstruktiv əlaqələrin qurulması hər iki dövlətin milli maraqlarına uyğundur”.

Lukaşenko, həmçinin, ABŞ prezidenti Donald Trampı Müstəqillik Günü münasibətilə təbrik edib, ona uğurlar arzulayıb, ailəsi və xalqı adından Amerikaya xoş niyyətlərini çatdırıb.

Qeyd edək ki, ABŞ-ın sanksiya tətbiq etdiyi ölkələrdən biri də Belarusdur. 2008-ci ildən ABŞ-ın bu ölkədə səfiri yoxdur. Lukaşenko daha əvvəl tez-tez Rusiyayönümlü çıxışları ilə gündəmə gəlirdi.

Hokm.az

  •  (0)
  •  (0)