Lukaşenko HƏDƏLƏDİ: “Onlar qudurublar, biz sizə göstərəcəyik!”backend

Lukaşenko HƏDƏLƏDİ: “Onlar qudurublar, biz sizə göstərəcəyik!”

Belarus prezidenti Aleksandr Lukaşenko Qərb ölkələrinin sanksiyalarına sərt cavab verəcəklərini deyib.

Hokm.az modern.az-a istinadən xəbər verir ki, o, bununla bağlı tezliklə qərar verəcəklərini bildirib.

“Biz sizə göstərəcəyik sanksiyalar nə deməkdir. Onlar qudurublar və Belarusun nə olduğunu unudublar. Düşünürdülər ki, bizi tanklarla, raketlərlə əyə bilərlər. Görək hələ kim kimi qorxudacaq”.

Lukaşenko Litva və Polşa mallarının Belarusdan keçməsinə tam qadağa qoyacaqlarını, ticarət axınlarını Rusiya istiqamətinə yönəldəcəklərini də əlavə edib.  Prezident ölkədə vəziyyətin getdikcə sabitləşdiyini deyib. “Belarusda etirazlar sona çatdı, iqtisadiyyatla məşğul olmağın vaxtıdır”, – Lukaşenko vurğulayıb.

O qeyd edib ki, son hadisələrə baxmayaraq, Belarusda insanlar fikirlərinə görə təzyiqə məruz qalmayacaq.

  •  (1)
  •  (1)