Barselona şəhərindəki Katalunya trasında İspaniya Qran-prisi keçirilib.
66 dövrəlik mübarizənin yekununda qalib adını “Mercedes” pilotu Lüis Hemilton qazanıb. Onun komanda yoldaşıValtteri Bottas ikinci yeri tutub. Bununla da “Mercedes” bu mövsüm 5-ci dəfə “dubl” edib.
Üçüncü yeri isə “Red Bull” pilotu Maks Ferstappen əldə edib.
Daha əvvəl “Formula 1” üzrə 5 qat dünya çempionu Lüis Hemiltonavtomobil sürməyi sevmədiyini etiraf edib. (report)
Hokm.az
















