“Lragir”: Moskva Bakıya müqavimət göstərmək üçün nə istəyə, nə də imkana sahibdirbackend

“Lragir”: Moskva Bakıya müqavimət göstərmək üçün nə istəyə, nə də imkana sahibdir

“Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) paytaxtda martın 15-də, Şuşada tapılmış iki “İsgəndər” raketinin stabilizatorlarını və mühərrikin bəzi hissələrini nümayiş etdirir. “Dəhlizlər” ətrafında vəziyyət qızışır”.

 

Hokm.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə “Lragir.am” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Müəllif bildirib ki, Niko Paşinyanın “günah”ından sonra Kreml “İsgəndər” hadisəsini anlaşılmazlığın nəticəsi hesab edib.

“Bakı ruslara deyir: razılaşmaya əsasən Ermənistanın məsələlərini həll edin, əks təqdirdə İsgəndərlə ətrafında qalmaqal yeni bir vüsət qazanacaq və rus qoşunlarının çıxarılması üçün gözəl bir fürsət olacaq. İndi Bakı Moskvaya təzyiq edir, gözəl şəkildə təsəvvür edir ki, özünü “Nikol və ya Robert” rus sxeminə qoymuş İrəvan bütün, ilk növbədə Meğrinin özgəninkiləşdirilməsi məsələsi üzrə Moskvaya güzəştə getməyə məcbur olacaq. Ermənistanla düşmənləşmiş Moskva Bakıya müqavimət göstərmək üçün nə istəyə, nə də imkana sahibdir”, – deyə məqalədə yazılıb.

  •  (0)
  •  (0)